Budapeştdə keçirilən su idman növləri üzrə dünya çempionatında iştirak edən Azərbaycan təmsilçisindən biri mübarizəyə qoşulub. Apasport.az saytının məlumatına görə, Anna Yager açıq havada 5 km məsafəyə üzməkdə start xəttinə çıxıb.
Lakin iştirakçılar siyahısına düşən 60 idmançı arasında olan təmsilçimiz üçün mundial uğursuz başa çatıb. Belə ki, Anna yarış üçün ayrılan vaxtda finişə çatmayıb. Bu üzdən vaxt limitini aşan idmançımız yarışı başa vurmamış sayılıb.
Ümumiyyətlə isə 60 üzgüçüdən 57-si yarışı bitirib. İki Böyük Britaniya təmsilçisi start xəttinə çıxmayıb. 5 km məsafəni 59 dəqiqə 7 saniyəyə qət edən ABŞ idmançısı Eşli Tuiçel dünya çempionu olub. Finişə sonuncu çatan idmançı isə ondan 12 dəqiqədən artıq geri qalıb. Yager isə bunu da bacarmayıb.
- “Bakı-Xankəndi” veloyarışı: İkinci mərhələnin qalibləri mükafatlandırılıb
- “Bakı-Xankəndi” veloyarışı: İkinci mərhələ başa çatdı
- Bakı-Xankəndi velosiped yarışında 2-ci mərhələyə start verilib - FOTO
- “Bakı-Xankəndi” veloyarışı: İlk mərhələ başa çatdı
- Heydər Əliyev zirvəsinə ənənəvi yürüş təşkil olunub