[b]İdmançımızı Mehriban Əliyeva mükafatlandırdı[/b]
19.05.2017 - 18:55
IV İslam Həmrəyliyi Oyunlarında sərbəst güləş yığmamıza ilk qızıl medalı Mahir Əmiraslanov qazandırıb. Apasport.az saytının məlumatına görə, 57 kq çəkidə mübarizə aparan pəhləvanımız bütün rəqiblərini üstələyib.
Həlledici görüşdə Qazaxıstan təmsilçisi Jandos İsmayılovla güləşən Mahir 5:4 hesablı qələbə qazanıb.
Fəxri kürsünün ən yüksək pilləsinə qalxan Əmiraslanova qızıl medalı Azərbaycanın I vitse-prezidenti, IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva təqdim edib.
Daha sonra dövlət himnimizin sədaları altında bayrağımız dalğalanıb.
- “Bakı-Xankəndi” veloyarışı: İkinci mərhələnin qalibləri mükafatlandırılıb
- “Bakı-Xankəndi” veloyarışı: İkinci mərhələ başa çatdı
- Bakı-Xankəndi velosiped yarışında 2-ci mərhələyə start verilib - FOTO
- “Bakı-Xankəndi” veloyarışı: İlk mərhələ başa çatdı
- Heydər Əliyev zirvəsinə ənənəvi yürüş təşkil olunub
0
0