IV İslam Həmrəyliyi Oyunlarında qadınlardan ibarət güləş yığmamıza ikinci qızıl medalı Mariya Stadnik qazandırıb. Apasport.az saytının məlumatına görə, 48 kq çəkidə mübarizə aparan qadın idmançımız bütün rəqiblərini üstələyib.
Dairəvi sistemli mübarizədə əlcəzairli Keyra Yahyaui və Evin Demirhanı məğlub edən Mariya bir daha çəksinin ən güclüsü olduğunu sübut edib.
Fəxri kürsünün ən yüksək pilləsinə qalxan pəhləvanımıza qızıl medalı Azərbaycanın vitse-prezidenti, IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva təqdim edib.
Daha sonra dövlət himnimizin sədaları altında bayrağımız dalğalanıb.
- “Bakı-Xankəndi” veloyarışı: İkinci mərhələnin qalibləri mükafatlandırılıb
- “Bakı-Xankəndi” veloyarışı: İkinci mərhələ başa çatdı
- Bakı-Xankəndi velosiped yarışında 2-ci mərhələyə start verilib - FOTO
- “Bakı-Xankəndi” veloyarışı: İlk mərhələ başa çatdı
- Heydər Əliyev zirvəsinə ənənəvi yürüş təşkil olunub