Türkiyəli ağırlıqqaldıran Naim Süleymanoğlunun səhhətində problem yaranıb. Apasport.az saytının məlumatına görə, Bolqarıstan əsilli 3 qat Olimpiya çempionu Bakırköydə xəstəxanaya yerləşdirilib.
O, qaraciyər serozundan əziyyət çəkir.
Süleymanoğlunun yaxın dostu və doktoru Adnan Bağrıaçıq bildirib ki, idmançıya transplantasiya edilməsə, həyatı təhlükədə olacaq: “Onu qaraciyər çatışmazlığı var. Qısa bir zamanda onun bu orqanı dəyişdirilməzsə, həyatını itirəcək. Süleymanoğlu saysız medallar qazandırmış və rekordlar vurmuş idmançımızdı. Hazırda reanimasiyadadı”.
Qeyd edək ki, Süleymanoğlunun hesabın 7 dünya və 2 Avropa çempionluğu da var.
- “Bakı-Xankəndi” veloyarışı: İkinci mərhələnin qalibləri mükafatlandırılıb
- “Bakı-Xankəndi” veloyarışı: İkinci mərhələ başa çatdı
- Bakı-Xankəndi velosiped yarışında 2-ci mərhələyə start verilib - FOTO
- “Bakı-Xankəndi” veloyarışı: İlk mərhələ başa çatdı
- Heydər Əliyev zirvəsinə ənənəvi yürüş təşkil olunub