Avstriyanın İnsbruk şəhərində taekvondo üzrə açıq birincilik keçiriləcək. Taekvondo Federasiyasından apasport.az saytına verilən məlumata görə, iyunun 3-4-də baş tutacaq G1 kateqoriyalı “Austrian Open” beynəlxalq turnirində Azərbaycan yığmaları da iştirak edəcəklər.
Belə ki, gənclərdən və yeniyetmələrdən ibarət millimiz artıq Avstriya yollanıb. Komandamız İnsbrukda 38 idmançıya şans verəcək. Gənclərin yarışında 20, yeniyetmələrin mübarizəsində 18 idmançımız dayanq üzərinə çıxacaq.
2 gün davam edəcək turnirdə beynəlxalq dərəcəli hakimlərimiz Gündüz Abdullayevlə Ramal Camalov da iş başında olacaqlar.
Qeyd edək ki, yığmamız iyunun 6-da vətənə dönəcək.
- “Bakı-Xankəndi” veloyarışı: İkinci mərhələnin qalibləri mükafatlandırılıb
- “Bakı-Xankəndi” veloyarışı: İkinci mərhələ başa çatdı
- Bakı-Xankəndi velosiped yarışında 2-ci mərhələyə start verilib - FOTO
- “Bakı-Xankəndi” veloyarışı: İlk mərhələ başa çatdı
- Heydər Əliyev zirvəsinə ənənəvi yürüş təşkil olunub