[b]Portuqaliya millisinin üzvü dünya çempionatdan kənar qaldı[/b]
25.05.2018 - 14:03
“Marsel”in müdafiəçisi Rolando Fransa Liqa 1-in XXXVIII turu çərçivəsində “Amyen”lə oynanılan görüşdə ağır zədə alıb. Apasport.az saytının “A Bola”ya istinadən məlumatına görə, portuqaliyalı futbolçu oyunun 78-ci dəqiqəsində axilles vətərindən zədələnib.
Bununla da, Portuqaliya millisinin dünya çempionatı üçün nəzərdə tutulan geniş heyətində adı yer alan Rolandonun mundialı qaçıracağı dəqiqləşib. O, 2019-cu ilin əvvəllərində yaşıl meydanlara qayıdacaq.
Cari mövsümdə Liqa 1-də 31 matçda meydana çıxan Rolando 1 dəfə fərqlənib.
- Azərbaycanın paraüzgüçüləri Berlində Dünya Seriyasının mərhələsində yarışacaq
- Keti Perri "Formula 1" üzrə Azərbaycan Qran-prisində səhnə alacaq
- Heydər Əliyevin xatirəsinə həsr edilmiş badminton turniri keçiriləcək
- Yelkən idmanı üzrə "Prezident Kuboku 2026"nın ilk yarış günü başa çatıb
- Sərbəst Piramida bilyard üzrə ölkə çempionatı keçiriləcək
0
0