Bu gün “Qəbələ” Atıcılıq Klubunun idman bazası olan Qəbələ Stend və Ox Atıcılığı Kompleksində Heydər Əliyevin anadan olmasının 95 illik yubileyinə həsr olunmuş stend atıcılığı üzrə Qran-pri yarışları başlayıb. APA-nın yerli bürosunun xəbərinə görə “Qəbələ” Atıcılıq Klubunun təşkilatçılığı, Azərbaycan Atıcılıq Federasiyasının, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə keçirilən yarışlarda Azərbaycan, Türkiyə, Gürcüstan, Ukrayna, Özbəkistan, Rusiya, İran, BƏƏ və Bəhreyndən 70 idmançı iştirak edir.
Beynəlxalq yarışın iştirakçıları arasında dünya və Avropa çempionları, olimpiya oyunlarının mükafatçıları da var. Mayın 12-dək davam edəcək mötəbər yarışda idmançılar 6 dəst medal uğrunda mübarizə aparacaqlar. Yarışın rəsmi açılış mərasimi mayın 10-da olacaq.
- Bakı-Xankəndi Velosiped Yarışının mükafat fondu bəlli oldu
- Sahib Ələkbərov: “Bakı–Xankəndi veloyarışı yeni reallıqların göstəricisidir”
- Bakı-Xankəndi Azərbaycan Velosiped Yarışı starta hazırdır
- Azərbaycanın paraüzgüçüləri Berlində Dünya Seriyasının mərhələsində yarışacaq
- Keti Perri "Formula 1" üzrə Azərbaycan Qran-prisində səhnə alacaq