Qəbələdə keçiriləcək güllə atıcılığı üzrə Dünya Kubokuna qatılacaq ölkələrin və idmançıların sayı açıqlanıb. Apasport.az saytının məlumatına görə, iyunun 6-14-də olacaq yarışa 42 yığma qatılacaq.
Dünya Kubokunda 416 snayper hədəf önünə keçəcək. Qəbələyə ən böyük heyətlə Çin gələcək. Onların ölkəmizdə 30 idmançısı medala iddia edəcək. Çin kimi digər Asiya ölkələri – Yaponiya, Hindistan, Cənubi Koreya və Tailand da Dünya Kubokuna 20-dən çox snayperlə qatılacaqlar. Bu ölkələrdən ilk ikisi turnirdə 28, koreyalılar 25 və tailandlılar 22 idmançı ilə təmsil olunacaqlar. Avropa yığmalarından Almaniya 21, Rusiya və Polşa 20 idmançısını Qəbələ üçün sifariş edib.
Qeyd edək ki, Azərbaycan yarışda 3 idmançı ilə təmsil olunacaq.
- “Bakı-Xankəndi” veloyarışı: İkinci mərhələnin qalibləri mükafatlandırılıb
- “Bakı-Xankəndi” veloyarışı: İkinci mərhələ başa çatdı
- Bakı-Xankəndi velosiped yarışında 2-ci mərhələyə start verilib - FOTO
- “Bakı-Xankəndi” veloyarışı: İlk mərhələ başa çatdı
- Heydər Əliyev zirvəsinə ənənəvi yürüş təşkil olunub