Serena Uilyams "Madrid Open"də iştirak etməyəcək. Apasport.az-ın məlumatına görə, turnirin saytında bu barədə yazılı açıqlama yerləşdirilib.
Ana olduqdan sonra formasını bərpa etməkdə çətinlik çəkən Serena məşq əskikliyi səbəbindən "Madrid Open"dən imtina edib. Turnirin direktoru Manolo Santana Serenanın yoxluğundan böyük üzüntü duyduğunu qeyd edib: "Serenanın turnirdə iştirak etməyəcəyini böyük kədər hissi ilə nəzərinizə çatdırmaq istərdim. O, tennis tarixinin ən möhtəşəm idmançılarından biridi. Mübarizə apardığı hər turnirdə azarkeşlər üçün hər şeyini ortaya qoyur. Ümid edirəm, gələcəkdə onu yenidən burada görə biləcəyik".
Serena Uilyams daha öncə iki dəfə "Madrid Open"in qalibi olub.
Qeyd edək ki, "Madird Open" turniri 7-13 may tarixlərində keçiriləcək.
- Bakı-Xankəndi Velosiped Yarışının mükafat fondu bəlli oldu
- Sahib Ələkbərov: “Bakı–Xankəndi veloyarışı yeni reallıqların göstəricisidir”
- Bakı-Xankəndi Azərbaycan Velosiped Yarışı starta hazırdır
- Azərbaycanın paraüzgüçüləri Berlində Dünya Seriyasının mərhələsində yarışacaq
- Keti Perri "Formula 1" üzrə Azərbaycan Qran-prisində səhnə alacaq