[b]Taekvondoçumuz Avropa çempionatında bürünc medal qazandı[/b]
12.05.2018 - 20:38
Azərbaycanın və “Qəbələ” İdman Klubunun taekvondoçusu Milad Beiqi Harçeqani növbəti mükafatını qazanıb. Apasport.az saytının məlumatına görə, idmançımız Rusiyanın Kazan şəhərində keçirilən Avropa çempionatında fəxri kürsüyə yüksəlib.
80 kq çəki dərəcəsində çıxış edən Milad polşalı Karol Holudovic və ispan Raul Martinezi məğlubiyyətə uğradıb.
Bununla da yarımfinala adlayan 27 yaşlı taekvondoçumuz finala vəsiqə uğrunda rusiyalı Maksim Kramtcov ilə üz-üzə gəlib. Mübarizədən məğlub ayrılan Milad yarışı bürünc medalla başa vurub.
- Sahib Ələkbərov: “Bakı–Xankəndi veloyarışı yeni reallıqların göstəricisidir”
- Bakı-Xankəndi Azərbaycan Velosiped Yarışı starta hazırdır
- Azərbaycanın paraüzgüçüləri Berlində Dünya Seriyasının mərhələsində yarışacaq
- Keti Perri "Formula 1" üzrə Azərbaycan Qran-prisində səhnə alacaq
- Heydər Əliyevin xatirəsinə həsr edilmiş badminton turniri keçiriləcək
0
0