Bakı-2015 I Avropa Oyunlarında Azərbaycanın aktivinə daha bir qızıl medalı sərbəst güləşçi Toğrul Əsgərov yazdırıb. Apasport.az saytının məlumatına görə, 65 kq çəki dərəcəsində yarışan olimpiya çempionu rəqib tanımayıb.
Finalda italiyalı idmançı Frank Kamizo Marqueslə qarşılaşan Əsgərov xalçanı qalib kimi tərk edib. Bu görüşü Azərbaycan prezidenti İlham Əliyev və I Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva canlı izləyib.
Əsgərovu ölkə başçısı mükafatlandırıb. Fəxri kürsünün ən yüksək pilləsinə qalxan Toğrula qızıl medalı İlham Əliyev təqdim edib.
Daha sonra isə himn sədaları altında dövlət bayrağımız dalğalanıb.
Qeyd edək ki, bununla, Azərbaycan millisinin Bakı-2015-də qazandığı qızıl medalların sayı 9-a çatıb.
- Azərbaycan İdman Rəqsləri Federasiyasının yeni prezidenti seçilib
- Yevlax 2027-ci il üçün Azərbaycanın "İdman Paytaxtı" seçilib
- Olimpiyaçılarımızın aşılanmaya məruz qalan medallar yenisi ilə əvəz edilib
- Azərbaycan Milli Olimpiya Komitəsində Təhlükəsiz İdman Komissiyası təsis edilib
- Parapauerliftinqçilərimiz Avropa Açıq çempionatında 12 medal qazanıb