Riqada keçirilən qadın şahmatçıların şəxsi Avropa çempionatında növbəti turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, IV turu Azərbaycan yığması üçün uğurlu saymaq olar.
Belə ki, qara fiqurlarla növbəti qələbəsini qazanan Zeynəb Məmmədyarova liderliyə ilə keçirib. Onun kimi Günay Məmmədzadə, Xəyalə Abdulla və Nərmin Məmmədova da partiyalarını 1 xalla başa vurublarlar.
Zeynəbdən fərqli, bacısı Türkan Məmmədyarova bu dəfə də məğlubiyyətə üzülüb.
IV tur
Alisa Qalliamova (Rusiya, 2444) – Zeynəb Məmmədyarova (2322) - 0:1
Natalya Jukova (Ukrayna, 2438) – Ülviyyə Fətəliyeva (2287) - 0,5:0,5
Günay Məmmədzadə (2348) – Antuanetta Stefanova (Bolqarıstan, 2527) - 1:0
Yovanka Huska (İngiltərə, 2397) – Xəyalə Abdulla (2241) - 0:1
Gülnar Məmmədova (2357) – Yelena Semenova (Rusiya, 2212) - 0,5:0,5
Xanım Balacayeva (2196) – Anna Varakomska (Polşa, 2343) - 0:1
Turkan Məmmədyarova (2267) – İrmak Arda (Türkiyə, 2089) - 0:1
Gövhər Beydullayeva (2054) – Kübra Öztürk (Türkiyə, 2261) - 0:1
Nərmin Məmmədova (2240) – Mariya Kuivatsu (Yunanıstan, 2016) - 1:0
Turnir cədvəli: 1. Z. Məmmədyarova – 3,5 xal; 12. Fətəliyeva, 20. Məmmədzadə - hər ikisi 3; 39. Abdulla – 2,5; 78. N. Məmmədova, 82. G. Məmmədova – hər ikisi 2; 94. Balacayeva – 1,5; 114. T. Məmmədyarova, 126. Beydullayeva – hər ikisi 1.
- Sahib Ələkbərov: “Bakı-Xankəndi” yarışında hər şey yüksək səviyyədə təşkil olunub”
- “Bakı-Xankəndi” veloyarışı: Üçüncü mərhələ başa çatdı
- Sahib Ələkbərov: "Əsas məqsədimiz velosiped idman növünü inkişaf etdirməkdir"
- Azərbaycan qadın atıcıları Avropa Çempionatında bürünc medal qazandı
- “Bakı-Xankəndi” veloyarışı: İkinci mərhələnin qalibləri mükafatlandırılıb