[b]Üzgüçülük Federasiyasının yeni prezidenti bəlli oldu[/b]
23.12.2016 - 13:25
Üzgüçülük Federasiyasının yeni prezidentinin adı müəyyənləşib. Apasport.az saytının Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinə istinadən məlumatına görə, bu postda dəyişiklik baş verməyib.
Belə ki, millət vəkili Xanlar Fətiyev növbəti hesabat-seçki konfransında yenidən federasiyanın prezidenti seçilib. O, 2017-2020-ci illər üçün üzgüçülük idman növünə rəhbərlik edəcək.
Qeyd edək ki, Xanlar Fətiyev 2012-ci ilin iyul ayından Üzgüçülük Federasiyasının prezidentidi.
- “Bakı-Xankəndi” veloyarışı: Dördüncü mərhələ yekunlaşıb - FOTO
- “Bakı-Xankəndi” veloyarışı: Dördüncü mərhələyə start verilib
- Sahib Ələkbərov: “Bakı-Xankəndi” yarışında hər şey yüksək səviyyədə təşkil olunub”
- “Bakı-Xankəndi” veloyarışı: Üçüncü mərhələ başa çatdı
- Sahib Ələkbərov: "Əsas məqsədimiz velosiped idman növünü inkişaf etdirməkdir"
0
0