Azərbaycanın ilk peşəkar velosiped komandası “Synergy Baku” 2014-cü ilin Avropa turlarına start verib. Velosiped İdmanı Federasiyasının mətbuat xidmətindən apasport.az saytına verilən xəbərə görə, komandamızın üzvləri Sloveniyada keçirilən Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) 1.2 kateqoriyalı birgünlük “İzola” Qran-Prisində mübarizə aparıblar.
Heyətdəki 5 velosipedçidən komandanın debütantı, avstriyalı Markus Eybegerin çıxışı daha uğurlu alınıb. Məşqçilərin də əvvəlcədən planlaşdırdığı kimi, kollektivin digər üzvləri məhz Eybegerin öndə getməsi üçün çalışıblar və o, bu imkandan istifadə edərək 142 km-lik yarışı liderlər qrupunda başa vurub.
Markus Eybeger finiş xəttini 3 saat, 43 dəqiqə, 1 saniyəyə keçən pelotonun içərisində olub və fotofinişə əsasən 20-ci yerlə kifayətlənib. Ümumilikdə isə yarışda 118 velosipedçi iştirak edib.
- Sahib Ələkbərov: “Turnirə maraq olduqca böyükdür"
- “Bakı-Xankəndi” veloyarışı: Dördüncü mərhələ yekunlaşıb - FOTO
- “Bakı-Xankəndi” veloyarışı: Dördüncü mərhələyə start verilib
- Sahib Ələkbərov: “Bakı-Xankəndi” yarışında hər şey yüksək səviyyədə təşkil olunub”
- “Bakı-Xankəndi” veloyarışı: Üçüncü mərhələ başa çatdı