Azərbaycanlı olimpiya çempionu milli komandadan imtina etdi
20.02.2014 - 16:08
Ağırlıqqaldırma üzrə Azərbaycan millisinin üzvü Nicat Rəhimov (69 kq) yığma komandanın şərəfini qorumaqdan imtina edib. Bu barədə apasport.az saytına 21 yaşlı atletin atası Əli Rəhimov məlumat verib.
O bildirib ki, oğlu bundan sonra yarışlarda Qazaxıstan millisinin adından çıxış edəcək. Rəhimov bunu millidə nizam-intizamın olmamağı və bolqarıstanlı baş məşqçi Zlatan Vanevin Nicatı yarışlara aparmamağı ilə əlaqələndirib.
Qeyd edək ki, 2010-cu il Yeniyetmələrin Sinqapur Yay Olimpiya Oyunlarında qızıl medal qazanan atlet həmin il Avropa çempionu adına da sahib olub.
- Sahib Ələkbərov: “Turnirə maraq olduqca böyükdür"
- “Bakı-Xankəndi” veloyarışı: Dördüncü mərhələ yekunlaşıb - FOTO
- “Bakı-Xankəndi” veloyarışı: Dördüncü mərhələyə start verilib
- Sahib Ələkbərov: “Bakı-Xankəndi” yarışında hər şey yüksək səviyyədə təşkil olunub”
- “Bakı-Xankəndi” veloyarışı: Üçüncü mərhələ başa çatdı
0
0