Bakıda olimpiadaya ən azı 7 növ üzrə lisenziya veriləcək
28.01.2014 - 17:33
2015-ci ildə Bakıda keçiriləcək I Avropa Oyunlarında ən azı 7 növ üzrə yarışlar 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyacaq. Bu barədə apasport.az saytına “Bakı-2015” Təşkilat Komitəsindən məlumat verilib.
Bildirilir ki, həmin növlər velosiped idmanı, güllə atıcılığı, üzgüçülük, stolüstü tennis, taekvondo, triatlon və çimərlik voleyboludur. Digər növlərin də bu siyahıya daxil edilməsi mümkündür. Ümumilikdə isə Oyunlarda 18 növ üzrə 5400-dən artıq idmançı mübarizə aparacaq.
- Sahib Ələkbərov: “Turnirə maraq olduqca böyükdür"
- “Bakı-Xankəndi” veloyarışı: Dördüncü mərhələ yekunlaşıb - FOTO
- “Bakı-Xankəndi” veloyarışı: Dördüncü mərhələyə start verilib
- Sahib Ələkbərov: “Bakı-Xankəndi” yarışında hər şey yüksək səviyyədə təşkil olunub”
- “Bakı-Xankəndi” veloyarışı: Üçüncü mərhələ başa çatdı
0
0