2020-ci ildə keçiriləcək Avropa çempionatının oyunlarına ev sahibliyi etmək üçün AFFA Bakı şəhərinin namizədliyini irəli sürüb və UEFA paytaxtımızın namizədliyini təsdiq edib. Apasport.az saytının məlumatına görə, ötən ilin mayın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2020-ci ildə futbol üzrə Avropa çempionatının keçirilməsi üçün Bakı şəhərinin namizədliyinin irəli sürülməsi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, Avropa çempionatının təşkil edilməsi ilə əlaqədar namizədliyin qəbul edilməsi proseduruna uyğun olaraq, UEFA-ya təqdim edilmək üçün sifariş kitabı hazırlanması ilə bağlı müvafiq işlər görülür. Bununla yanaşı, Bakı şəhərinin Avro-2020-nin oyunlarına namizədliyi ilə bağlı www.affa.az/2020 ünvanlı yeni sayt fəaliyyətə başlayıb.
Qeyd edək ki, sayta daxil olmaqla Bakının namizədliyini dəstəkləmək olar.
- Sahib Ələkbərov: “Turnirə maraq olduqca böyükdür"
- “Bakı-Xankəndi” veloyarışı: Dördüncü mərhələ yekunlaşıb - FOTO
- “Bakı-Xankəndi” veloyarışı: Dördüncü mərhələyə start verilib
- Sahib Ələkbərov: “Bakı-Xankəndi” yarışında hər şey yüksək səviyyədə təşkil olunub”
- “Bakı-Xankəndi” veloyarışı: Üçüncü mərhələ başa çatdı