“Sərhədçi” İdman Olimpiya Mərkəzində keçirilən boks üzrə gənclər arasında Azərbaycan birinciliyində finalçıların adları məlum olub. Boks Federasiyasından apasport.az saytına verilən məlumata görə, favoritlərdən gənclər arasında Avropa çempionatının gümüş mükafatçısı Məsud Yusifzadə (52 kq), yeniyetmələr arasında qitə birinciliyinin gümüş medalçısı Tayfur Əliyev (56 kq), gənclər arasında Avropa çempionu Sadiq Quliyev (64 kq), yeniyetmələr arasında dünya birinciliyinin 2-cisi İsmayıl Hüseynov (64 kq), yeniyetmələr arasında Avropa çempionatının gümüş, dünya çempionatının bürünc mükafatçısı Hüseyn Tarverdili (69 kq), yeniyetmələr arasında dünya birinciliyinin bürünc medalçısı Şükran Mehdiyev (80 kq) finala vəsiqəni təmin ediblər.
69 kq çəki dərəcəsində mübarizə aparan dünya birinciliyinin gümüş mükafatçısı Rövşən Musayevin yarımfinalda Roman Zakirova uduzması gözlənilməz olub.
Bu gün saat 14:00-da başlayacaq finalda üz-üzə gələcək boksçular
49 kq: Elşən Abbasov (Rabitə) – Fərid Əliyev (Sədərək)
52 kq: İbrahim İmanov (Neftçi) – Məsud Yusifzadə (Rabitə)
56 kq: Tayfur Əliyev (Naxçıvan) – Xəyyam Məmmədov (Neftçi)
60 kq: Orxan Əliyev (Gilan) – Zöhrab Əzimov (DİN İC)
64 kq: Cavid Quliyev (Gilan) - İsmayıl Hüseynov (Cəlilabad)
69 kq: Roman Zakirov (Rabitə) – Hüseyn Tarverdili (Təhsil)
75 kq: Şamil Əliyev (Rabitə) – Nicat Sadıqov (Baku Fires)
81 kq: Araz Sultanzadə (Rabitə) – İbrahim Quliyev (Baku Fires)
91 kq: Şükran Mehdiyev (Baku Fires) – Nicat Muradlı (Qəbələ İK)
+91 kq: Teymur Vəliyev (Neftçi) – Fuad Tağıyev (Gilan)
- Sahib Ələkbərov: “Turnirə maraq olduqca böyükdür"
- “Bakı-Xankəndi” veloyarışı: Dördüncü mərhələ yekunlaşıb - FOTO
- “Bakı-Xankəndi” veloyarışı: Dördüncü mərhələyə start verilib
- Sahib Ələkbərov: “Bakı-Xankəndi” yarışında hər şey yüksək səviyyədə təşkil olunub”
- “Bakı-Xankəndi” veloyarışı: Üçüncü mərhələ başa çatdı