İslandiyada təşkil olunan şahmat üzrə “Reykyavik Open” turnirində IV turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, yarışda mübarizə aparan həmyerlilərimiz Şəhriyar və Zeynəb Məmmədyarovlar növbəti qələbələrini qazanıblar.
Belə ki, islandiyalı Hedinn Steynqrimssonla (2530) qarşılaşan Şəhriyar (2756) rəqibini mat etməkdə çətinlik çəkməyib. Zeynəb (2303) isə ispaniyalı Daima Benetə (2044) qalib gəlib.
Hazırda Şəhriyar 4 xalla 3-cü, hesabında 2,5 xalı olan Zeynəb 89-cu yerədi.
37 ölkədən 150 şahmatçının mübarizə apardığı turnirin V turunda Şəhriyar islandiyalı Steynn Qretarssonla (2554), Zeynəb isə fransalı Qreqori Luksla (2065) üz-üzə gələcək.
- III Xankəndi Ultramarafonu: İlk mərhələnin qalibləri bəlli olub
- Azərbaycan və Rusiya milliləri Bakıda birgə toplanış keçir
- Bakı-Xankəndi Azərbaycan Velosiped Yarışının 2027-ci il tarixi açıqlanıb
- MOK-da Belarus Olimpiya Komitəsinin prezidenti ilə ikitərəfli tərəfdaşlıq müzakirə olunub
- Azərbaycan Qran-prisi rekordlarla yadda qalıb - FOTO