“Formula-1” üzrə yeddiqat dünya çempionu Mixael Şumaxerin müalicə prosesində yeni mərhələ başlayıb. Apasport.az Fransanın “L`Equipe” nəşrinə istinadən xəbər verir ki, almaniyalı pilot tədricən oyandırılacaq.
Hazırda komada olan Şumaxerə nəzarət edən Qrenobl xəstəxanasının həkimlərinin sözlərinə görə, almaniyalının bədəni yeni müalicə prosesinə müsbət reaksiya verib. Lakin onun oyanması 2-3 ay çəkə bilər.
Qeyd edək ki, Şumaxer dekabrın 29-da Fransanın Alp dağlarının ətəyində yerləşən Meribel qış-turizm şəhərciyində xizəklə sürüşən zaman yıxılaraq ağır xəsarət alıb. Xəstəxanaya çatdırılan vaxt huşsuz vəziyyətdə olan 44 yaşlı almaniyalının beyninə qan sızdığı bildirilirdi. Kəllə-beyin travması diaqnozu qoyulan pilot komaya düşdüyündən həyatını itirmək ehtimalı var.
- Sahib Ələkbərov: “Turnirə maraq olduqca böyükdür"
- “Bakı-Xankəndi” veloyarışı: Dördüncü mərhələ yekunlaşıb - FOTO
- “Bakı-Xankəndi” veloyarışı: Dördüncü mərhələyə start verilib
- Sahib Ələkbərov: “Bakı-Xankəndi” yarışında hər şey yüksək səviyyədə təşkil olunub”
- “Bakı-Xankəndi” veloyarışı: Üçüncü mərhələ başa çatdı