Filippinli fiqurlu konkisürən Maykl Kristian Martines 2014-cü il Soçi Qış Olimpiadasında iştirak xətrinə anasının evini girov qoyub. Lent.az-ın “Rappler” nəşrinə istinadən məlumatına görə, öz ölkəsinin yeganə təmsilçisi yalnız bu yolla yarışlara hazırlıq üçün pul tapa bilib.
İdmançının anası Mariya Tereza Filippin prezidentindən kömək istəsə də, müraciəti cavabsız qalıb.
Qeyd edək ki, Maykl Kristian Martines 1992-ci ildən sonra Qış Olimpiya Oyunlarına qatılan ilk filippinli idmançıdır. 17 yaşlı konkisürən ötən mövsüm yalnız Avropanın təmsil olunmadığı “4 qitə” turnirində 16-cı, yeniyetmələr arasında dünya çempionatında isə 5-ci yeri tutub.
- Sahib Ələkbərov: “Turnirə maraq olduqca böyükdür"
- “Bakı-Xankəndi” veloyarışı: Dördüncü mərhələ yekunlaşıb - FOTO
- “Bakı-Xankəndi” veloyarışı: Dördüncü mərhələyə start verilib
- Sahib Ələkbərov: “Bakı-Xankəndi” yarışında hər şey yüksək səviyyədə təşkil olunub”
- “Bakı-Xankəndi” veloyarışı: Üçüncü mərhələ başa çatdı