Olimpiya Oyunlarının keçirilməsi ilə bağlı yenilik edilə bilər. Apasport.az saytının məlumatına görə, Beynəlxalq Olimpiya Komitəsi (BOK) 1896-cı ildən mövcud olan ənənəni pozmaq haqda düşünür.
BOK 118 ildir 1 şəhərdə təşkil olunan yarışların bundan sonra bir neçə yerdə keçirilməsini müzakirəyə çıxarıb. Dördilliyin ən mötəbər yarışın bir, hətta bir neçə ölkənin müxtəlif şəhərlərində keçirmək ideyası BOK-un qərarlarına ziddir.
BOK rəsmiləri bunu Olimpiada xərclərinin artması ilə izah edir. Onların iddiasına əsasən, maliyyə məsələləri üzündən artıq bir neçə şəhər 2022-ci ilin yarışına namizədliyini geri götürüb.
Lakin yeniliyin kifayət qədər əleyhdarları da var. Onlar ənənənin pozulmasını, Olimpiadaların özünəxas olan xüsusiyyətini itirməsini və qaydaların dəyişməsini mənfi hal kimi dəyərləndirir.
Qeyd edək ki, çempionatların bir neçə ölkədə keçirilməsi futbolda daha çox təsadüf olunur. Dünya və Avropa çempionatları dəfələrlə 2 ölkədə baş tutub. AVRO-2020 isə 13 ölkədə keçiriləcək.
- Sahib Ələkbərov: “Turnirə maraq olduqca böyükdür"
- “Bakı-Xankəndi” veloyarışı: Dördüncü mərhələ yekunlaşıb - FOTO
- “Bakı-Xankəndi” veloyarışı: Dördüncü mərhələyə start verilib
- Sahib Ələkbərov: “Bakı-Xankəndi” yarışında hər şey yüksək səviyyədə təşkil olunub”
- “Bakı-Xankəndi” veloyarışı: Üçüncü mərhələ başa çatdı