Taekvondo üzrə Avropa çempionatı Azərbaycanda keçiriləcək
04.02.2014 - 09:23
Avropa Taekvondo Federasiyasının (ETU) prezidenti Athanasios Pragalos Bakıya gəlib. Apasport.az saytının xəbərinə görə, səfər zamanı Pragalos Azərbaycan Taekvondo Federasiyasının (ATF) prezidenti Kəmallədin Heydərovla görüşüb.
Tərəflər arasında razılaşmaya əsasən, Azərbaycan cari il mayın 1-dən 5-dək taekvondo üzrə böyüklər arasında Avropa çempionatına ev sahibliyi edəcək.
Ölkəmizə səfəri zamanı Pragalos və ETU-nun baş katibi Mikhael Fysentzidis Bakıda 2015-ci ildə keçiriləcək Avropa Oyunları Təşkilat Komitəsinin mənzil-qərargahına baş çəkiblər.
- Sahib Ələkbərov: “Turnirə maraq olduqca böyükdür"
- “Bakı-Xankəndi” veloyarışı: Dördüncü mərhələ yekunlaşıb - FOTO
- “Bakı-Xankəndi” veloyarışı: Dördüncü mərhələyə start verilib
- Sahib Ələkbərov: “Bakı-Xankəndi” yarışında hər şey yüksək səviyyədə təşkil olunub”
- “Bakı-Xankəndi” veloyarışı: Üçüncü mərhələ başa çatdı
0
0