Taekvondo yığmamız Misirdən 6 medalla qayıdır
18.02.2014 - 15:55
Misirin Luksor şəhərində taekvondo üzrə təşkil olunan “Luxor Open” turniri başa çatıb. Apasport.az saytının məlumatına görə, yarışda iştirak edən Azərbaycan millisi 3 qızıl və 3 bürünc medal qazanıb.
Taekvondoçularımızdan Mikayıl Əliyev (54 kq), İlkin Şahbazov (74 kq) və Fəridə Əzizova (67 kq) bütün rəqiblərinə qalib gəliblər. Onlardan fərqli, Samir Aydınov (54 kq), Ramin Əzizov (80 kq) və Radik İsayev (87 kq) bürünc medalla kifayətləniblər.
Qeyd edək ki, komanda hesabında 2-ci olan yığmamız vətənə sabah qayıdacaq.
- Sahib Ələkbərov: “Turnirə maraq olduqca böyükdür"
- “Bakı-Xankəndi” veloyarışı: Dördüncü mərhələ yekunlaşıb - FOTO
- “Bakı-Xankəndi” veloyarışı: Dördüncü mərhələyə start verilib
- Sahib Ələkbərov: “Bakı-Xankəndi” yarışında hər şey yüksək səviyyədə təşkil olunub”
- “Bakı-Xankəndi” veloyarışı: Üçüncü mərhələ başa çatdı
0
0