Ukraynanın qadın xizəkçiləri 2014-cü il Soçi Qış Olimpiya Oyunlarında komanda sprint yarışından imtina ediblər. Lent.az-ın məlumatına görə, idmançılar yarımfinal yürüşlərinə çıxmayıblar.
Qərarın səbəbləri açıqlanmır. Hələlik kişilərdən ibarət komandanın da eyni addımı atıb-atmayacağı bilinmir.
Qeyd edək ki, daha öncə “Biz avropalıyıq” ictimai hərəkatı bütün ukraynalı idmançıları ölkədəki vəziyyətlə əlaqədar olimpiadada çıxışlarını başa vurmağa çağırıb. Ukraynanın Olimpiya yığması isə ölkədəki vəziyyətlə əlaqədar bəyanat yayıb. Rəsmi açıqlamada Kiyevdəki zorakılığı dayandırmağa və Soçidə qələbə qazanmaq üçün maksimum güc sərf etməyə çağırış edilib.
- Sahib Ələkbərov: “Turnirə maraq olduqca böyükdür"
- “Bakı-Xankəndi” veloyarışı: Dördüncü mərhələ yekunlaşıb - FOTO
- “Bakı-Xankəndi” veloyarışı: Dördüncü mərhələyə start verilib
- Sahib Ələkbərov: “Bakı-Xankəndi” yarışında hər şey yüksək səviyyədə təşkil olunub”
- “Bakı-Xankəndi” veloyarışı: Üçüncü mərhələ başa çatdı