Qış olimpiya oyunlarında iştirak edən Ukrayna idmançılarının yarısı Soçini tərk edib. Lent.az-ın «nyusru»-ya istinadən məlumatına görə, onlar Kiyevdə və ölkənin başqa şəhərlərində baş verən olaylara öz etirazlarını bu sayaq bildirib.
Mənbə bildirib ki, Beynəlxalq Olimpiada Komitəsinin təmsilçisi Mark Adams bir gün öncə bildirmişdi ki, 43 nəfərdən ibarət olan Ukrayna komandası vətənə dönməyi qərara alıb.
«Den» qəzetinin məlumatına əsasən, Ukrayna Milli Olimpiya komandasının üzvləri Oleq və Boqdan Matsetskilər bildirib ki, ölkə prezidenti Viktor Yanukoviçini əməlindən hiddətlənərək, Soçini tərk ediblər.
- Sahib Ələkbərov: “Turnirə maraq olduqca böyükdür"
- “Bakı-Xankəndi” veloyarışı: Dördüncü mərhələ yekunlaşıb - FOTO
- “Bakı-Xankəndi” veloyarışı: Dördüncü mərhələyə start verilib
- Sahib Ələkbərov: “Bakı-Xankəndi” yarışında hər şey yüksək səviyyədə təşkil olunub”
- “Bakı-Xankəndi” veloyarışı: Üçüncü mərhələ başa çatdı