[b]İdmançımız olimpiya festivalında da medal qazandı[/b]
26.07.2017 - 09:54
Macarıstanda yeniyetmələrin Avropa Olimpiya festivalına start verilib. Apasport.az xəbər verir ki, mötəbər yarışda Azərbaycan cüdoçuları da mübarizə aparırlar.
Qızların mübarizəsində 40 kq çəki dərəcəsində yarışan Vüsalə Kərimova yalnız finalda uduzaraq gümüş medal qazanıb. Fransa və Rusiya cüdoçularına qalib gələn Vüsalə həlledici qarşılaşmada Belçika nümayəndəsi Jente Verstraytenlə görüşüb. Gərgin mübarizədən Belçika cüdoçusu qalib ayrıllb. Yeniyetmə cüdoçularımızın Olimpiya festivalında mübarizəsi davam edir.


- “Bakı-Xankəndi” veloyarışı: İkinci mərhələnin qalibləri mükafatlandırılıb
- “Bakı-Xankəndi” veloyarışı: İkinci mərhələ başa çatdı
- Bakı-Xankəndi velosiped yarışında 2-ci mərhələyə start verilib - FOTO
- “Bakı-Xankəndi” veloyarışı: İlk mərhələ başa çatdı
- Heydər Əliyev zirvəsinə ənənəvi yürüş təşkil olunub
0
0