Fevralın 25-də İranda kişi taekvondoçular arasında beynəlxalq turnirə start veriləcək. Apasport.az saytının məlumatına görə, 2 gün davam edəcək yarışda Azərbaycan millisi də mübarizə aparacaq.
Yığmamızın baş məşqçi Ələkbər İmaməliyev artıq İrana aparacağı heyəti müəyyənləşdirib. Çalışdırıcı olimpiya çəki dərəcələri üzrə keçiriləcək turnirdə Mikayıl Əliyev, Samir Cavadlı, Maqomedyasin İbrahimov (hər üçü 58 kq), Fariz Əliyev, Namaz Heydərov, Elvin Məmmədov (hər üçü 68 kq), Ramin Əzizov (80 kq), Radik İsayev, Bayraməli Vəliyev və Ceyhun Həsənlini (hər üçü +80 kq) yoxlayacaq.
Qeyd edək ki, reytinq xarakterli yarışda qalib aktivinə 10 xal yazdıracaq.
- Sahib Ələkbərov: “Turnirə maraq olduqca böyükdür"
- “Bakı-Xankəndi” veloyarışı: Dördüncü mərhələ yekunlaşıb - FOTO
- “Bakı-Xankəndi” veloyarışı: Dördüncü mərhələyə start verilib
- Sahib Ələkbərov: “Bakı-Xankəndi” yarışında hər şey yüksək səviyyədə təşkil olunub”
- “Bakı-Xankəndi” veloyarışı: Üçüncü mərhələ başa çatdı