Azərbaycan millisinin Soçidə keçiriləcək XXII Qış Olimpiya Oyunlarına gedəcəyi tarix dəqiqləşib. Apasport.az saytının məlumatına görə, 5 idmançı ilə təmsil olunacağımız möhtəşəm yarışa nümayəndə heyətimiz və atletlərimiz 2 dəfəyə yollanacaqlar.
Belə ki, Rusiyaya ilk dəstə fevralın 3-də yollanacaq. Nümayəndə heyətinin ikinci qrupu isə Soçidə 2 gün sonra olacaq. Olimpiadanı canlı izləyənlər arasında gənclər və idman naziri Azad Rəhimov və Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə də olacaq.
Qeyd edək ki, komandamıza MOK-un beynəlxalq əlaqələr idarəsinin rəisi Könül Nurullayeva rəhbərlik edəcək. Fevralın 7-23-də keçiriləcək Olimpiadada ölkəmizin idman şərəfini fiqurlu konkisürmə növündə Aleksey Sitnikov - Yuliya Zlobina dueti, xizəkçilər Patrik Braxner, Sedrik Notz və Qaya Bassani Antivari qoruyacaqlar.
- Sahib Ələkbərov: “Turnirə maraq olduqca böyükdür"
- “Bakı-Xankəndi” veloyarışı: Dördüncü mərhələ yekunlaşıb - FOTO
- “Bakı-Xankəndi” veloyarışı: Dördüncü mərhələyə start verilib
- Sahib Ələkbərov: “Bakı-Xankəndi” yarışında hər şey yüksək səviyyədə təşkil olunub”
- “Bakı-Xankəndi” veloyarışı: Üçüncü mərhələ başa çatdı