Zaqatalada Azərbaycan Cüdo Federasiyasının Təlim-Məşq Mərkəzi fəaliyyətə başlayıb. Apasport.az xəbər verir ki, çıxış edənlər ölkəmizdə olimpiya hərəkatı və idmanın sürətli inkişafını xüsusi vurğulayaraq, cüdoçularımızın son vaxtlar qazandıqları uğurlardan söhbət açıblar.
Zaqatala şəhərinin tanınmış idman mütəxəssisləri, məşqçilər göstərilən diqqət və dəstəyə görə Azərbaycan Cüdo Federasiyasının rəhbərliyinə təşəkkürlərini bildiriblər. Yeniyetmə cüdoçulara kimanolar təqdim olunub, onlara gələcək yarışlarda uğurlar arzulanıb.
Qeyd edək ki, Zaqatalanın mərkəzində yerləşən zalda həm bu şəhərdən, həm də ətraf rayonlardan olan kiçik yaşlı yeniyetmələr cüdo idman növünün sirlərinə yiyələnəcəklər.
- Sahib Ələkbərov: “Bakı-Xankəndi” yarışında hər şey yüksək səviyyədə təşkil olunub”
- “Bakı-Xankəndi” veloyarışı: Üçüncü mərhələ başa çatdı
- Sahib Ələkbərov: "Əsas məqsədimiz velosiped idman növünü inkişaf etdirməkdir"
- Azərbaycan qadın atıcıları Avropa Çempionatında bürünc medal qazandı
- “Bakı-Xankəndi” veloyarışı: İkinci mərhələnin qalibləri mükafatlandırılıb