Zamiq Əliyevin komandası evdə qələbə qazanıb
01.02.2025 - 09:47
Zamiq Əliyevin komandası evdə qələbə qazanıb

Albaniya çempionatında XXIII turun oyunları keçirilir.

Apasport.az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Zamiq Əliyevin formasını geydiyi “Eqnatiya” öz meydanında “Bylis”i 2:1 hesabla məğlub edib.

Görüşə ehtiyat oyunçular skamyasından başlayan Zamiq 90-cı dəqiqədə Redi Kasanın əvəzinə meydana çıxıb.

23 turdan sonra aktivində 42 xalı olan “Eqtaniya” turnir cədvəlində liderdir.

0