"Neftçi" Misli Premyer Liqasında VII turunda "Zirə" ilə görüşdə baş verənlərə görə 15700 manat cərimələnib.
Apasport.az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsinin iclasında qərar qəbul edilib:
03.10.2025-ci il tarixində Misli Premyer Liqasında VII turun “Zirə” – “Neftçi” oyununda “Neftçi” komandasında 4 nəfər sarı vərəqə aldığı üçün “Neftçi” komandası 700 manat cərimə edilsin (maddə 43.1);
03.10.2025-ci il tarixində Misli Premyer Liqasında VII turun “Zirə” – “Neftçi” oyununda “Neftçi” komandasının azarkeşləri tərəfindən kütləvi iğtişaş törədildiyinə görə “Neftçi” komandası 10000 manat cərimə edilsin (maddə 86.3);
03.10.2025-ci il tarixində Misli Premyer Liqasında VII turun “Zirə” – “Neftçi” oyununun 90+5-ci dəqiqəsində “Neftçi” komandasının məşqçisi Vəfadar Quliyev hakimin qərarına etiraza görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalansın, “Neftçi” klubu 5000 manat cərimə edilsin (maddə 51.1);
- Sosial şəbəkələrdə ən çox izləyicisi olan Azərbaycan klubları bəlli olub
- Futbolçulara ən çox əməkhaqqı ödəyən klub "Neftçi" olub
- Premyer Liqa klublarının 2024-cü ildəki gəlirləri açıqlanıb
- Premyer Liqa klublarının uşaq-gənclər sektoruna ayırdığı vəsait artıb
- “Turan Tovuz” Premyer Liqada ev oyunlarında azarkeş sayına görə liderdir