"Zirə" nəhayət istədiyinə çatdı: Komandada qalır - EKSKLÜZİV
14.04.2025 - 14:18
"Zirə" aparıcı futbolçusu Ruan Renatonu komandada saxlamağı bacarıb.
Apasport.az saytına verilən məlumata görə, klub braziliyalı futbolçunu yeni müqavilə mövzusunda razı sala bilib.
"Zirə" bir müddətdir ki, mövsümün sonunda müqaviləsi başa çatacaq Renato ilə danışıqlar aparırdı. Artıq tərəflər arasında razılıq əldə olunub.
Yaxın günlərdə Ruan ilə yeni müqavilə imzalanacaq.
31 yaşlı müdafiəçi 2023-cü il iyulun 1-dən "Zirə"də çıxış edir.
O, buna qədər "Yuventude", "Austriya", "Vitoriya", "Fiqeyrense", "Botafoqo", "Ponte Preta", "Qəbələ" klublarında oynayıb.
- Şəhid jurnalistlərin Xatirə Turnirinə yekun vurulub
- Hidayət Heydərov: "Özümə söz vermişdim ki, qızıl medalı qazanıb Zəfər Gününə həsr edəcəm"
- Rəşad Sadıqov: "Hakim səhvi nəticəyə təsir etmədi"
- Kurban Berdiyev: "Bilmirəm baş hakim qərarını niyə dəyişdi"
- “Zirə” “Turan Tovuz”la heç-heçə etdi - YENİLƏNİB
1
0