“Zirə” Rumıniya klubu ilə heç-heçə edib
12.01.2026 - 18:51
“Zirə” Rumıniya klubu ilə heç-heçə edib

Mövsümün ikinci dövrəsinə hazırlıqlarını Antalyada davam etdirən “Zirə” bu gün ilk yoxlama oyununa çıxıb.

Apasport.az xəbər verir ki, Rəşad Sadıqovun rəhbərlik etdiyi kollektiv Rumıniyanın “Çiskereda” klubu ilə qarşılaşıb.

Matça saat 17:00-da start verilib. Görüş 3:3 hesablı heç-heçə ilə başa çatıb. Qəsəbə təmsilçisinin qollarını Namik Ələskərov (10) və Rövlan Muradov (17,45 - hər ikisi penalti) vurublar.

Qeyd edək ki, “Zirə” Antalyada daha iki oyun keçirəcək. “Qartallar” yanvarın 16-da Ukraynanın “Aleksandriya” və Çexiyanın “Bohemians 1905” klubları ilə qarşılaşacaq.