"Zirə" “Turan Tovuz”un müdafiəçisi ilə maraqlanır
11.10.2024 - 15:29
"Zirə" “Turan Tovuz”un müdafiəçisi ilə maraqlanır

“Turan Tovuz”un müdafiəçisi Faiq Hacıyev paytaxt klublarından birində oynaya bilər.

Apasport.az saytına etibarlı mənbədən daxil olan məlumata görə, sağ cinah müdafiəçisini istəyən klublardan biri “Zirə”dir.

Belə ki, qəsəbə təmsilçisi Hacıyevi heyətinə qatmağı planlaşdırır.

Bu keçidin qışda, yoxsa yayda həyata keçiriləcəyi isə hələ ki, dəqiq deyil. Amma “Zirə” ən pis halda, yayda Faiqi komandaya cəlb etməyə çalışacaq.

Qeyd edək ki, 25 yaşlı futbolçunun “Turan Tovuz”la müqavilə müddəti 2025-ci il iyunun 30-na qədərdir. “Qəbələ”nin yetirməsi olan futbolçu MOİK-in də üzvü olub.

0