“Zirə”də yeni müdafiəçi - RƏSMİ
10.09.2026 - 20:55
"Zirə" heyətini yeni müdafiəçi ilə gücləndirib.
Apasport.az xəbər verir ki, "qartallar" Mehdi Mişahşahı transfer edib.
Bunu klubun mətbuat xidməti açıqlayıb.
Futbolçu "Zirə" ilə 3 illik müqavilə imzalayıb.
Mərakeşli oyunçu son olaraq ölkəsində "Raja Kasablanka" klubunda çıxış edib.
22 yaşlı Mehdi Mişahşah "Raja Kasablanka"dan əvvəl Mərakeşin "Kentira" klubunda forma geyinib.
0
0