“Zirə”nin futbolçusu əməliyyat olundu
23.08.2025 - 23:51
“Zirə”nin futbolçusu əməliyyat olundu

“Zirə”nin futbolçusu Abdul Aziz Batibie cərrahiyə əməliyyatı olunub.

Apasport.az xəbər verir ki, 18 yaşlı hücumçu İstanbulda diz ön çarpaz bağlarından əməliyyat keçirib.

Futbolçu təxminən 6-7 aydan sonra sıraya dönəcək.

Qeyd edək ki, Abdul Aziz komandanın "Şamaxı” ilə yoxlama oyununda zədələnib.