"Zirə"nin legioneri Azərbaycan çempionatında 25-ci qolunu vurub
14.04.2025 - 09:55

“Zirə”nin futbolçusu Rafael Utziq Azərbaycan çempionatında 25-ci qolunu vurub.
Apasport.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, onun yubileyi Misli Premyer Liqasının XXX turuna təsadüf edib.
Braziliyalı “Neftçi” ilə görüşdə dubla imza atıb. İlk top onun Premyer Liqada ümumilikdə 25-ci, “Zirə”nin formasında 10-cu qolu olub.
Qeyd edək ki, Premyer Liqada “Qəbələ”nin heyətində də çıxış etmiş Rafael Utziq ümumilikdə 124, “Zirə”də 43 matç keçirib.
0
0