12 yaşadək basketbolçulardan ibarət millimiz Kutaisidə beynəlxalq turnirə iki qələbə ilə başlayıb
30.05.2026 - 12:37
Azərbaycanın 12 yaşadək basketbolçulardan millisi Kutaisidə Gela Darsadzenin xatirəsinə həsr olunmuş beynəlxalq turnirə qələbələrlə başlayıb.
Apasport.az xəbər verir ki, komanda ilk oyunda Gürcüstanın "Telavi" komandasını 55:21 hesabı ilə üstələyib.
Milli daha sonra Estoniya təmsilçisi "Tal Teç"i 47:39 hesabı ilə məğlub edib.
Turnirdə "Tal Teç" (Estoniya), "KKS Basket" (Polşa), "Almaty Legion" (Qazaxıstan), "Batumi", "Telavi" və "Basco 2019" (hamısı Gürcüstan) komandaları iştirak edirlər.
Qeyd edək ki, yarışa iyunun 1-də yekun vurulacaq.
0
0