ABL: “Abşeron” NTD-ni məğlub etdi
11.04.2025 - 18:13
ABL: “Abşeron” NTD-ni məğlub etdi

Kişilər arasında Azərbaycan Basketbol Liqasında (ABL) pley-in mərhələsinin ilk oyunları davam edir.

Apasport.az xəbər verir ki, bir gün əvvəl keçirilməli olan, amma təxirə salınan oyunda “Abşeron”  NTD ilə qarşılaşıb.

Görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 88:74.

Qeyd edək ki, günün digər matçlarında  “Sumqayıt” “Sərhədçi”ni, “Ordu” “Quba”nı sınağa çəkəcək.

Azərbaycan Basketbol Liqası
Pley-in, ilk oyunlar

16:00. “Abşeron” – NTD - 88:74 (26:15, 26:13, 17:23, 19:23)