ABL: “Gəncə”dən inamlı qələbə
10.04.2025 - 16:04
ABL: “Gəncə”dən inamlı qələbə

Bu gün kişilər arasında Azərbaycan Basketbol Liqasında pley-in mərhələsinə start veriləcək.

Apasport.az xəbər verir ki, ilk oyun günündə "Gəncə" öz meydanında “Lənkəran”ı sınağa çəkib.

Görüş ev sahiblərinin 96:92 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, günün son matçında “Abşeron”  NTD ilə üz-üzə gələcək.

Azərbaycan Basketbol Liqası
Pley-in, ilk oyunlar

14:00. “Gəncə” – “Lənkəran” 96:92 (22:22, 25:27, 16:21, 33:22)