ABL: II tura yekun vurulacaq
27.10.2024 - 11:54
ABL: II tura yekun vurulacaq

Bu gün Azərbaycan Basketbol Liqasında II tura yekun vurulacaq.

Apasport.az xəbər verir ki, son oyun günündə iki matç keçiriləcək.

Turun mərkəzi qarşılaşmasında "Neftçi" "Sabah"la üz-üzə gələcək. Görüş saat 12:30-da start götürəcək.

Qeyd edək ki, II turda "Naxçıvan" NTD-ni (72:71), "Lənkəran" "Sumqayıt"ı (93:71), "Ordu" "Şəki"ni (104:84), "Sərhədçi" isə "Abşeron"nu (79:70) məğlub edib.

0