ABL: “Lənkəran” “Gəncə”ni qəbul edəcək
13.04.2025 - 10:18
ABL: “Lənkəran” “Gəncə”ni qəbul edəcək

Azərbaycan Basketbol Liqasının pley-in mərhələsinin ikinci görüşlərinə bu gün start veriləcək.

Apasport.az xəbər verir ki, “Lənkəran” evdə “Gəncə”ni qəbul edəcək.

Lənkəran Olimpiya İdman Kompleksində baş tutacaq qarşılaşmanın start fiti saat 14:00-da səsləndiriləcək.

Komandalar arasında baş tutan ilk görüşdə Gəncə təmsilçisi 96:92 hesablı qələbə qazanıb.

Qeyd edək ki, pley-in mərhələsində digər görüşlər sabah keçiriləcək.