ABL: “Lənkəran” ilk qələbəsini qazandı
25.10.2024 - 22:29
ABL: “Lənkəran” ilk qələbəsini qazandı

Bu gün Azərbaycan Basketbol Liqasının B qrupunda II tura start verilib.

Apasport.az xəbər verir ki, turun açılış matçı Sumqayıtda baş tutub.

Şəhərin eyniadlı komandası “Lənkəran”ı qəbul edib. Hər iki klub ilk görüşdə məğlub olan komandaların duelində qonaqlar üstün olublar. Böyük fasiləyə məğlub yollanan "Lənkəran" 3-cü periodda vəziyyəti öz xeyrinə dəyişə bilib. Cənub təmsilçisi 22 xal fərqlə qalib gəlib.

Qeyd edək ki, A qrupunda II turun ilk görüşündə “Naxçıvan” NTD-yə 72:71 hesabı ilə qalib gəlib. Oktyabrın 26-dan “Ordu” – “Şəki”, “Sərhədçi” – “Abşeron” görüşləri keçiriləcək. Tura oktyabrın 27-də “Neftçi” - “Sabah”, “Gəncə” – “Quba” matçları ilə yekun vurulacaq.

Azərbaycan Basketbol Liqası
II tur
25 oktyabr
B qrupu
20:00. "Sumqayıt" – “Lənkəran” - 71:93 (25:16, 22:19, 13:28, 11:30)

Sumqayıt Olimpiya İdman Kompleksi

0