ABL: "Lənkəran" "Sərhədçi"ni qəbul edəcək
13.11.2025 - 10:55
ABL: "Lənkəran" "Sərhədçi"ni qəbul edəcək

Azərbaycan Basketbol Liqasında VII tura bu gün start veriləcək.

Apasport.az xəbər verir ki, günün yeganə oyununda "Lənkəran" "Sərhədçi"ni qəbul edəcək.

Qarşılaşma Lənkəran Olimpiya İdman Kompleksində, saat 15:00-da start götürəcək.

Meydan sahibləri B qrupunda 8 xalla üçüncü pillədə qərarlaşıb. Eyni xala malik olan qonaqlar beşincidir.

Qeyd edək ki, tura noyabrın 16-da yekun vurulacaq.