ABL: NTD-dən inamlı qələbə
14.04.2025 - 20:26

Bu gün kişilər arasında Azərbaycan Basketbol Liqasında növbəti oyunlar keçirilir.
Apasport.az xəbər verir ki, pley-in mərhələsinin ikinci matçları davam edir.
NTD və "Abşeron" kollektivlərinin görüşündə birincilər 67:63 hesablı qələbə qazanıblar.
İlk qarşılaşmada "Abşeron" komandası qalib gəldiyi (88:74) üçün pley-offa vəsiqə qazanacaq tərəfin adına üçüncü matçda aydınlıq gələcək.
Pley-in mərhələsində iki qələbə əldə edən komanda pley-offa adlayır.
Qeyd edək ki, daha əvvəl "Gəncə" "Lənkəran"ı (96:92, 100:74), "Ordu" isə "Quba"nı (88,74, 92:88) məğlub edərək pley-offa yüksəlib.
0
0