ABL: "Ordu"dan səfər qələbəsi
20.10.2024 - 23:58
ABL: "Ordu"dan səfər qələbəsi

Bu gün Azərbaycan Basketbol Liqasında I tura yekun vurulub.

Apasport.az xəbər verir ki, turun son görüşü Sumqayıtda keçirilib.

Şəhərin eyniadlı komandası “Ordu”nu qəbul edib. Qonaqlar 103:89 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, II turun matçları oktyabrın 22-dən 27-dək keçiriləcək.

Azərbaycan Basketbol Liqası
I tur
20 oktyabr
B qrupu
20:00. "Sumqayıt" - "Ordu" - 89:103 (26:24, 19:29, 23:24, 12:26)

Sumqayıt OİK

0