ABL: "Şəki" "Gəncə"ni məğlub edib
19.03.2025 - 16:57

Azərbaycan Basketbol Liqasının XIX turunda "Şəki" "Gəncə"ni məğlub edib - 91:87.
Apasport.az xəbər verir ki, şəkililər bu turdan sonra B qrupunda vahid lider olub.
Qonaqlar 33 xalla ikinci pillədə qərarlaşıb.
Qeyd edək ki, tura saat 19:00-da start veriləcək "Sərhədçi" - "Neftçi" görüşü ilə yekun vurulacaq.
0
0