Bu gün Azərbaycan Basketbol Liqasında V turun növbəti oyunu keçiriləcək.
Apasport.az xəbər verir ki, B qrupundə 1 oyun baş tutacaq.
“Gəncə” “Sumqayıt”ın qonağı olacaq. Görüş Olimpiya İdman Kompleksində baş tutacaq.
Qeyd edək ki, turun açılış matçında "Ordu" "Quba"ya 75:101 hesabı ilə uduzub. Ardınca "Sərhədçi" NTD-ni 84:79, "Abşeron" isə "Neftçi"ni 72:56 hesabı ilə məğlub edib. Liderlərin mübarizəsində “Sabah” 75:74 hesabı ilə “Naxçıvan”ı üstələyib. Tura sabah "Şəki" "Lənkəran" matçı ilə yekun vurulacaq.
Azərbaycan Basketbol Liqası
V tur
B qrupu
7 dekabr
14:00. "Sumqayıt" – "Gəncə"
Sumqayıt OİK