
Azərbaycan Basketbol Liqasında XV turun proqramı açıqlanıb.
Apasport.az xəbər verir ki, qarşılaşmalar 26 fevral - 1 mart aralığında təşkil olunacaq.
Fevralın 26-da, saat 19:00-da Bakı İdman Sarayında "Neftçi" və "Abşeron" komandaları üz-üzə gələcəklər.
Fevralın 27-də, eyni saatda "Ordu" - "Quba" və "Sumqayıt" - "Gəncə" görüşləri təşkil olunacaq. Matçlar müvafiq olaraq "Sərhədçi" İdman Mərkəzində və Sumqayıt Olimpiya İdman Kompleksində keçiriləcək.
Fevralın 28-də, saat 16:00-da "Sərhədçi" İdman Mərkəzində NTD "Sərhədçi" ilə, saat 19:00-da eyni arenada "Naxçıvan" "Sabah"la münasibətlərə aydınlıq gətirəcək.
Tura martın 1-də, saat 14:00-da Şəki Olimpiya İdman Kompleksində "Şəki" - "Lənkəran" oyunu ilə yekun vurulacaq.